Главная > İqtisadiyyat / Manset > Serbiya Rusiyadan neft tədarükünü dayandıracaq
Serbiya Rusiyadan neft tədarükünü dayandıracaq23-08-2022, 08:39. Разместил: admin |
2022-ci il noyabrın 1-dən Serbiya Avropa İttifaqının embarqosu səbəbindən Rusiya neftinin idxalını dayandıracaq. Bunu ölkə prezidenti Aleksandr Vuçiç bəyan edib. O, artıq Belqradın alternativ təchizatçılar axtarmalı olacağını bildirib. Xatırladaq ki, Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Avropa İttifaqının Rusiya neftinə qarşı embarqosuna qoşulmayıb. Lakin buna baxmayaraq, məhz həmin sanksiyalara görə artıq Adriatik neft kəməri (JANAF) vasitəsilə neft ala bilməyəcək. Вернуться назад |