Главная > İqtisadiyyat > ÜDM 2,7 faiz azalıb

ÜDM 2,7 faiz azalıb


30-07-2020, 13:18. Разместил: azadses
“Ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edir. Monetar siyasət əsasən yumşaldılıb”.
Azad Səs-in məlumatına görə, bunu Baş Bankir Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, iyunun sonundan pul bazası 3,6 faiz artıb: “Pul bazarında faizlərin azaldılması kreditləşmə siyasətinə zəmin yaradacaq. Biznesə inam indeksi iyun ayında neqativ zonada qalıb. Məcmu tələbin azalması fonunda qeyri-neft sektoru da nəzərə alınmaqla ÜDM 2,7 faiz azalıb. Loqistik zəncirdə daralmalar qiymətlərə artırıcı təsirlər göstərə bilər”.

Вернуться назад