Главная > İqtisadiyyat > “Moody's” “Xalq Bank”ın reytinqlərini yüksəltdi
“Moody's” “Xalq Bank”ın reytinqlərini yüksəltdi10-08-2022, 14:42. Разместил: admin |
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yeniləyib. Agentlik “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırıb və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib. Eyni zamanda, Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırdı. “Moody’s” ekspertləri “Xalq Bank”ın reytinqindəki müsbət dəyişiklikləri onun dayanıqlığı, aktivlərinin keyfiyyətinin və kredit qabiliyyətinin yaxşılaşdırılması, möhkəm kapital adekvatlılığı və sistem əhəmiyyətli olması ilə əlaqələndirirlər. “Xalq Bank” “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir. Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından, 138 Məlumat Mərkəzindən, həmçinin “Facebook” və “Instagram” səhifələrindən əldə etmək mümkündür. Вернуться назад |