Главная > İqtisadiyyat > DGK bu qaçaqmalçıları axtarır - VİDEO

DGK bu qaçaqmalçıları axtarır - VİDEO


27-07-2020, 13:56. Разместил: azadses
Gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılıq hallarının qarşısının alınması, xarici ticarət fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarətdir.
Azad Səs Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən bildirir ki, gömrük orqanları tərəfindən xarici ticarət fəaliyyəti zamanı aşkarlanan qanun pozuntuları hərtərəfli şəkildə araşdırılır, gömrük sahəsində hüquqpozmalara yol verənlər məsuliyyətə cəlb olunur və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa məlum olmayan, aşağıdakı video və fotoda gördüyünüz şəxslərin gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilib, lakin onlar məsuliyyətdən yayınmağa müvəffəq olublar. Həmin şəxsləri tanıyanların Dövlət Gömrük Komitəsinə məxsus aşağıdakı telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur:
012-404-22-00 daxili (55-44)
Mob: 070-225-45-44



Вернуться назад