Главная > İqtisadiyyat / Manset > Ukraynada devalvasiya BAŞ VERDİ
Ukraynada devalvasiya BAŞ VERDİ21-07-2022, 18:00. Разместил: admin |
İyulun 21-i saat 09:00-dan etibarən Ukrayna Milli Bankı qrivnanın rəsmi məzənnəsini ABŞ dollarına nisbətdə 25% - 36,5686 qrivnaya qədər korrektə edib. Ukrayna Milli Bankının saytında yer alan məlumatına görə, müharibə zamanı Ukrayna iqtisadiyyatının fundamental xüsusiyyətlərində baş verən dəyişikliklər və ABŞ dollarının digər valyutalara nisbətdə möhkəmlənməsi nəzərə alınaraq belə bir addım atılıb: “Belə bir addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətini artıracaq, müxtəlif biznes qrupları və əhali üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq”. Qrivnanın dollara olan rəsmi məzənnəsi sabit olaraq qalır. “Müharibənin əvvəlində qrivnanın məzənnəsinin bir dollar üçün 29,25 qrivna səviyyəsində müəyyən edilməsi maliyyə sisteminin stabil fəaliyyətini təmin etməyə kömək etdi. Məzənnənin sabitləşməsi mexanizmi indiki şəraitdə iqtisadiyyatın stabilizatorudur. Müharibə, demək olar ki, beş aya yaxındır ki, davam edir, bu müddət ərzində bizim və dünya iqtisadiyyatında mühüm dəyişikliklər baş verib”, - deyə bankın direktoru Kirill Şevçenko bildirib. Valyuta bazarının nağdsız seqmentində müştərilərin tələbi ilə banklar tərəfindən xarici valyutanın alqı-satqısı rəsmi məzənnədən 1%-dən çox olmayan məzənnə ilə həyata keçiriləcək. Вернуться назад |