Главная > İqtisadiyyat / Manset > Avropa İttifaqı Rusiya neftinin nəqli ilə bağlı xidmətləri qadağan etməyi təklif edib

Avropa İttifaqı Rusiya neftinin nəqli ilə bağlı xidmətləri qadağan etməyi təklif edib


4-05-2022, 21:16. Разместил: admin
Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Avropa gəmilərinə və şirkətlərinə Rusiya neftinin nəqli ilə bağlı xidmətlərin göstərilməsinin qadağan edilməsi təklif edilib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Avropa İttifaqı Rusiya neftinə mərhələli qadağa qoyulması ilə məhdudlaşmaq istəmir, eyni zamanda Rusiyanın bütün dünyada neft və neft məhsullarını satmasının qarşısını almaq niyyətindədir.

“Altıncı sanksiyalar paketi çərçivəsində Avropa gəmilərinə və şirkətlərinə Rusiya neftinin dünya üzrə nəqli ilə bağlı sığorta da daxil olmaqla xidmətlərin göstərilməsinə qadağa qoyulmasını təklif edilir”, – deyə məlumatda bildirilir.

Eyni zamanda qeyd olunur ki, qadağa “birbaşa və ya dolayısı ilə texniki dəstək, vasitəçilik xidmətləri, maliyyələşdirmə, və ya maliyyə yardımı, və ya daşıma ilə bağlı hər hansı digər xidmətlər, o cümlədən gəmidən gəmiyə daşınma yolu ilə Rusiyadan alınan və ya ixrac edilən xam neft və neft məhsullarının üçüncü ölkələrə daşınması xidmətlərini əhatə edəcək”.

Bundan əlavə məhdudiyyətlər sığorta məsələlərini də təsir altına alacaq.
Вернуться назад