Главная > İqtisadiyyat > "Azərbaycan Dünya Bankı ilə əlaqələri daha da möhkəmləndirir,,

"Azərbaycan Dünya Bankı ilə əlaqələri daha da möhkəmləndirir,,


18-06-2020, 22:38. Разместил: azadses
Prezident İlham Əliyevlə Dünyanın Bankının yeni Vitse Prezidenti xanım Anna  Byerdə ilə həmçinin Bankın Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilmişdir. Prezident çıxışı zamanı Dünya Bankı ile emekdaşlığın səviyəsindən çox məmnun qaldığını  ve mühüm layihələrin həyata keçirilməsində göstərdikləri maliyə dəstəyinə görə minnətdarlığını bildirib. İqtisadçı Ekspert Günay Hüseynova Azadses.az saytına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin  Dünya bankının Yeni Vitse Prezidenti ilə görüşü bu qurumla ölkəmiz arasında əlaqələri daha da möhkəmləndirəcək .Dünya Bankı Maliyə resurslarının bölgüsünü təmin edən və qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən bir təşkilatdır.Bu qurumun qarşısına qoyduğu əsas məqsədlərdən ən başlıcası ölkələrdə sabit və davamlı inkişafa nail olmaq,yoxsulluğun səviyyəsini minumuma endirməkdir.Dünyanın müxtəlif ölkələrində olduğu kimi ölkəmiz Azərbaycanda da iqtisadiyyatın və bir çox sosial-mədəni sahələrin inkişafında bu təşkilatın əvəzsiz rolu olmuşdur.Dünya Bankı ilə ölkəmiz artıq 28 ildir əməkdaşlıq edir.Bu qurum ilə ölkənin iqtisadi inkişafı üçün investisiya axınına nail olmaq,Dövətin instusional imkanlarının artırılması,neft ehtiyatlarının səmərəli istifadə edilməsi və digər iqtisadi aspektər baxımından əməkdaşlıq edilməkdədir.Qeyd edim ki,əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatı 3 dəfə artmış bu dönəm ərzində makroiqtisadi sabitlik qorunmuşdur. Lakin Koronavirus (Covid-19) ile əlaqədar olaraq Son altı ay ərzində ölkə iqtisadiyyatında 2 % azalma müşahidə edilmişdir.İlin sonunadək isə iqtisadi artım templərinin zəifləməsi və istehsalın çox da kritik olmayan səviyyədə aşağı düşməsi müşahidə olunacaqdır. Əsasən bu iqtisadi konyektura iqtsadi partlayışdan sonra gəlməkdədir.Neftin qiymətinin kəskin düşməsi və virusla əlaqədar artan xərclər bu iqtisadi partlayışa təkan verdi.Hal hazırda iqtisadiyyat resessiya dönəmini yaşayır.Əgər qarşısı alınmazsa depressiya ve daha sonra isə stagflasiyaya doğru addım atacaq.Bu çərçivədə Dünya Bankının maliyə dəstəyi ilə yeni layihələrə start veriləcək ,Hökümət və Mərkəzi Bank tərəfindən tədbirlər planı hazırlanacaqdır. 

İqtisadçı Ekspert Günay Hüseynova 


Вернуться назад