Главная > İqtisadiyyat > Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb16-06-2020, 11:43. Разместил: azadses |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 40,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel çoxdur. Azad Səs-in məlumatına görə, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 38,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur. Вернуться назад |