Главная > İqtisadiyyat / Manset > Avstriya Rusiya neftindən tamamilə imtina etdi
Avstriya Rusiya neftindən tamamilə imtina etdi21-04-2022, 14:43. Разместил: admin |
Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra Avstriya Rusiya neftini almaqdan imtina edib. “Azadsəs.az” xəbər verir ki, bu barədə “Kurier” qəzeti Mərkəzi Avropada ən böyük Avstriya neft şirkəti “OMV”nin nümayəndəsinə istinadən yazıb. “Rusiyada neft alışının həcmi həmişə çox aşağı olub, müharibə başlayandan isə biz onu bazardan başqa neftlə əvəz etmişik”, - deyə nəşr Avstriya şirkətinin nümayəndəsindən sitat gətirib. Ölkənin Statistika İdarəsi və Neft Sənayesi Assosiasiyasının məlumatına görə, 2021-ci ildə Avstriya neftinin yalnız 7,8%-i və ya 596 min ton idxalı Rusiya Federasiyasından olub. Eyni zamanda, Qazaxıstan uzun illərdir Avstriyanın ən mühüm neft tədarükçüsü olub – bütün idxalın 38,9%-ni bu ölkə təşkil edir. İkinci yerdə Liviya (22,1%), üçüncü yerdə İraq (20,7%) qərarlaşıb. Вернуться назад |