Главная > İqtisadiyyat / Manset > “Düşmənçilik edən ölkələrə ərzaq tədarükündə ehtiyatlı davranacağıq” - Putin
“Düşmənçilik edən ölkələrə ərzaq tədarükündə ehtiyatlı davranacağıq” - Putin5-04-2022, 22:00. Разместил: admin |
“Rusiya bu il xaricə, xüsusən ona qarşı düşmənçilik siyasəti aparan ölkələrə ərzaq tədarükü məsələsində daha ehtiyatlı davranacaq”. “Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aqrar-sənaye kompleksinə dəstək üzrə müşavirədə deyib. “Aydındır ki, bu il qlobal ərzaq qıtlığı fonunda biz xaricə ərzaq tədarükü ilə bağlı daha ehtiyatlı davranmalı, daha dəqiq desək, bizə açıq-aşkar düşmən münasibət bəsləyən ölkələrə bu cür ixracın parametrlərinə diqqətlə nəzarət etməli olacağıq”, - Putin vurğulayıb. Rusiya lideri bildirib ki, istehsal həcminin artması Rusiyada ərzaq qiymətlərinin dünya bazarından aşağı olmasını təmin etməyə imkan verir. Вернуться назад |