Главная > İqtisadiyyat / Manset > Parlament yeni neft sazişini ratifikasiya edib
Parlament yeni neft sazişini ratifikasiya edib5-04-2022, 18:21. Разместил: admin |
Milli Məclis yeni neft sazişini ratifikasiya edib. “Azadsəs.az” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlüklərindən bəhs edib. O, 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında bağlanan saziş əsasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və yenidən işlənməsinin parametrləri barədə məlumat verib. Sazişdə nəzərdə tutulan işlər, onların yerinə yetirilməsi qaydaları və müddətləri barədə izahat verib. Komitə sədri sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) həyata keçiriləcək iş proqramlarını, hasilatın artırılması və bölgüsü, kəşfiyyat işlərinin aparılması, Azərbaycan vətəndaşlarının işlə təmin olunması və kadr hazırlığı kimi məsələlərlə bağlı podratçının götürdüyü öhdəlikləri deputatların diqqətinə çatdırıb. Sənəd səsverməyə çıxarılaraq qəbul olunub. Вернуться назад |