Главная > İqtisadiyyat > Türkiyənin “Akkuyu” AES-dən qazancı açıqlandı
Türkiyənin “Akkuyu” AES-dən qazancı açıqlandı24-03-2022, 10:22. Разместил: admin |
Türkiyə “Akkuyu” AES-dən elektrik enerjisi satışından 40 milyard dollardan çox gəlir əldə edəcək. Bunu “Akkuyu Nükleer” şirkətinin baş direktoru Anastasiya Zoteyeva bildirib. “Ölkə iqtisadiyyatının və elektrik enerjisinə tələbatın artımını nəzərə alsaq, Türkiyə tərəfinə ödənişlərin məbləği 40 milyard dolları keçə bilər. Vergilərin və sosial ödənişlərin məbləği isə daha çox olacaq”, - deyə o, qeyd edib. Xatırladaq ki “Akkuyu” AES Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfindən maliyyələşdirilir. “Akkuyu Nükleer” şirkətinin əsas səhmdarı “Rosatom” Dövlət Korporasiyasıdır. Вернуться назад |