Главная > İqtisadiyyat > Neft kəskin ucuzlaşdı
Neft kəskin ucuzlaşdı16-03-2022, 17:39. Разместил: admin |
Dünya birjalarında neft qiymətləri 7 dollardan çox ucuzlaşıb. "Azadsəs.az" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 7,02 dollar azalaraq 99,88 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 7,18 dollar ucuzlaşaraq 95,83 dollar olub. Вернуться назад |