Главная > İqtisadiyyat > Rubl çökdü

Rubl çökdü


7-03-2022, 22:13. Разместил: admin
Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan sonra rubl çöküb.

“Azadsəs.az” xəbər verir ki, hazırda 1 ABŞ dolları 144 rubl, 1 avro isə 156,84 rubl təşkil edir.

Qeyd edək ki, Ukraynaya qarşı müharibənin başlamasına bir gün qalmış 1 ABŞ dolları 80 rubla bərabər olub.

“Investing.com” birja ticarət məlumatlarına görə, Rusiyada dolların məzənnəsi tarixi səviyyəyə yüksəlib. Eyni zamanda, banklarda da məzənnənin kəskin artması gözlənilir. Bu, mümkün neft embarqosu xəbərləri fonunda baş verir.
Вернуться назад