Главная > İqtisadiyyat > Səudiyyə Ərəbistanında yeni qaz yataqları kəşf edildi

Səudiyyə Ərəbistanında yeni qaz yataqları kəşf edildi


28-02-2022, 10:12. Разместил: admin
Səudiyyə Ərəbistanı bir neçə yeni qaz yatağının kəşf edildiyini açıqlayıb.

Bu barədə ölkənin energetika naziri Əbdüləziz bin Salman Əl Səud məlumat verib.

Onun sözlərinə görə, yeni yataqlar “Saudi Aramco” Milli Neft Şirkətinə məxsusdur.

Kəşflər Səudiyyə Ərəbistanın mərkəzi, şimal sərhəd, həmçinin şərq bölgələrində, eləcə də Rub əl-Xali qumlu səhrasında edilib.
Вернуться назад