Главная > İqtisadiyyat > Avropada təbii qazın qiyməti 60 faiz bahalaşdı
Avropada təbii qazın qiyməti 60 faiz bahalaşdı25-02-2022, 09:43. Разместил: admin |
Rusiyanın Ukraynaya hücumundan sonra Avropada mart fyuçersli müqavilələrdə təbii qaz qiymətləri 60 faizdən çox artıb. “Azadsəs.az” xəbər verir ki, Niderland mərkəzli TTF-də mart fyuçersli müqavilələrin qiyməti dünən 88 avro ilə qapanmışdı. Bu gün sözügedən qiymətlər 144 avroya çatıb. Bununla dünənə nəzərən Avropada təbii qaz müqavilələrinin qiyməti 60 faizdən çox yüksəlib. İngiltərədə də fyuçerslər 60 faizdən çox bahalaşıb. Qeyd edək ki, Aİ ölkələri hazırda təbii qaz ehtiyaclarının 40 faizini Rusiyadan tədarük edir. Вернуться назад |