Главная > İqtisadiyyat > “AG Bank”ın balansındakı daşınar əmlaklar hərraca çıxarılacaq
“AG Bank”ın balansındakı daşınar əmlaklar hərraca çıxarılacaq16-02-2022, 08:15. Разместил: admin |
“AG Bank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq. Bu barədə “Azadsəs.az”a Əmanətlərin Sığortalanması Fondundan bildirilib. Məlumata görə, martın 2-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq. Fonddan bildirilib ki, daşınar əmlaklar 1 ədəd “Wincor Nixdorf CINEO C2550” markalı və 1 ədəd “Wincor Nixdorf ProCash 8000” markalı bankomatlardır. Daşınar əmlakların ilkin satış qiyməti 20 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Вернуться назад |