Главная > İqtisadiyyat / Manset > “AzerGold” 2021-ci il üzrə hasilat göstəricilərini açıqlayıb
“AzerGold” 2021-ci il üzrə hasilat göstəricilərini açıqlayıb7-02-2022, 14:19. Разместил: azadses |
Ötən il “AzerGold” QSC yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atılıb. “Report”un məlumatına görə, bunu bu gün “AzerGold” QSC-in İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hesabat ilində hasilat göstəriciləri 61,5 min unsiya qızıl, 134,4 min unsiya gümüşə çatdırılıb: “Beləliklə, qızıl hasilatı plandan 11 %, gümüş hasilatı isə 55 % daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2,5 %, gümüş hasilatı üzrə 10,9 % artım qeydə alınıb”. O qeyd edib ki, fəaliyyət göstərdiyi 5 il ərzində qurum 255,6 min unsiya qızıl, 484,5 min unsiya hasil edilib. Вернуться назад |