Главная > İqtisadiyyat / Manset > Sahil Babayev: “Macarıstanın “Exim Bank”ı Qarabağa 100 milyon avro ayırmaq istəyir”
Sahil Babayev: “Macarıstanın “Exim Bank”ı Qarabağa 100 milyon avro ayırmaq istəyir”3-02-2022, 20:02. Разместил: azadses |
Macarıstanın “Exim Bank”ı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işləri 100 milyon avro güzəştli kreditlə maliyyələşdirməyə hazırdır”. “Report” xəbər verir ki, bunu Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasından sonra təşkil edilmiş brifinqdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. “Hazırda əsas məsələ Qarabağın minalardan təmizlənməsi, infrastrukturun yaradılmasıdır. Macarıstanın istəyi həmin infrastrukturun yaradılmasında iştirak etməklə bağlıdır. Həm avtomobil, həm dəmir yollarının çəkilməsi, enerji infrastrukturunun formalaşdırılması ilə bağlı macar tərəfi marağını ifadə edib, maliyyələşdirmə barədə təkliflərini bildirib. Macarıstanın “Exim Bank”ı bu işlərə vəsait ayırmaq istəyir”, - deyə o, qeyd edib. Вернуться назад |