Главная > İqtisadiyyat > Azərbaycanda dollara tələb 14% artıb

Azərbaycanda dollara tələb 14% artıb


14-05-2020, 12:10. Разместил: azadses
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Azad Səs Mərkəzi Banka istinadən xəbər verir.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb mayın 12-nə nisbətən 6,8 milyon ABŞ dolları və yaxud təxminən 14,2% artaraq 54,7 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Вернуться назад