Главная > İqtisadiyyat > 2022-ci il üçün yaşayış minimumu təsdiqləndi

2022-ci il üçün yaşayış minimumu təsdiqləndi


23-12-2021, 20:37. Разместил: admin
Prezident İlham Əliyev Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında Qanunu təsdiqləyib.

“Azadsəs.az” xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Вернуться назад