Главная > İqtisadiyyat > “28 növ xam neftin testini etmişik”
“28 növ xam neftin testini etmişik”1-12-2021, 16:22. Разместил: admin |
“STAR Neft emalı zavodunda bu gün 28 növ xam neftin testini eləmişik. Qazaxıstan, Rusiya, Tunis və digər ölkələrdən neft alırıq. Ən yaxşı, ən sərfəli neft bizim üçün İran nefti ola bilərdi. Lakin bəzi siyasi səbəblərə- İrana qoyulan embarqoya görə bu ölkədən neft ala bilmirik”. “Azadsəs.az” xəbər verir ki, bunu SOCAR Türkiyə Neft emalı və Neft-kimya birliyinin baş direktoru və “Petkim”in baş direktoru Anar Məmmədov İzmirdə keçirdiyi mətbuat konfransında bildirib. Azərbaycandan neft alınması məsələsinə gəlincə isə A.Məmmədov bildirib ki, bu, zavod üçün optimal deyil: “Azərbaycandan neft almırıq. Azərbaycan nefti adından da göründüyü kimi yüngül, dəyərli neftdir. Şəffaf məsulların çıxımı bu neftdə çoxdur. Ona görə də qiyməti yüksəkdir. Bizim zavodumuz ən ağır nefti alıb ondan məhsul çıxarmağa imkan verir. Lakin bu nefti alsaq, bizim üçün effektiv olmayacaq. Bu neftin dünyada çox yaxşı müştəriləri var. Ehtiyac olarsa, bu nefti ala bilərik, amma bizim üçün optimal deyil”. Вернуться назад |