Главная > İqtisadiyyat > “Rosneft”: Neftin qiyməti 120 dollaradək arta bilər

“Rosneft”: Neftin qiyməti 120 dollaradək arta bilər


17-11-2021, 12:37. Разместил: admin
2022-ci ilin ilk yarısının sonlarına doğru neftin qiyməti 120 dollara çata bilər.

Bunu Rusiyanın “Rosneft” şirkətinin vitse-prezidenti Atabəy Kərimov bəyan edib.

O, uzunmüddətli perspektivdə qiymətlərin şirkət üçün əlverişli olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 15-də “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov da neft qiymətlərilə bağlı öz proqnozunu səsləndirib. Kərimovdan fərqli olaraq, Ələkbərov yaxın zamanlarda qiymətlərin 100 dollar həddinə çatacağına inanmadığını qeyd edib.
Вернуться назад