Главная > İqtisadiyyat > Yaşayış minimumu 210 manata qaldırıldı
Yaşayış minimumu 210 manata qaldırıldı4-11-2021, 20:21. Разместил: admin |
2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır. “Azadsəs.com” xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 210 manat müəyyən edilməsi nəzərdə tutulur. Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub. Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi. Вернуться назад |