Главная > İqtisadiyyat > Vüqar Bayramov: Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır
Vüqar Bayramov: Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır6-05-2020, 12:30. Разместил: azadses |
Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün Brent markalı neftin 1 bareli 31 dollardan baha təklif olunur. Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlər ilə bağlıdır. Azad Səs-in məlumatına görə, bu barədə millət vəkili Vüqar Bayramov "Facebook" səhifəsində bildirib: "Belə ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib. Bu haqda Bloomberg agentliyi məlumat yayıb. ABŞ və Avropa Birliyi iqtisadiyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən qədim qitə iqtisadiyyatın yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa "qara qızıla" tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq", - deyə millət vəkili vurğulayıb. Вернуться назад |