Главная > İqtisadiyyat / Manset > Milli Məclis Azərbaycan-Türkiyə xüsusi təyinatlıları ilə bağlı sənədi təsdiqlədi

Milli Məclis Azərbaycan-Türkiyə xüsusi təyinatlıları ilə bağlı sənədi təsdiqlədi


30-09-2021, 19:11. Разместил: azadses
Milli Məclisin iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri zamanı onların ölkəyə giriş-çıxışın tənzimlənməsi və digər məsələləri özündə əks etdirir.

Sənəd 1 il müddətində etibarlıdır. Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti bir illik müddətə uzadılır.


Вернуться назад