Главная > İqtisadiyyat / Manset > Britaniyada yanacaq böhranı: Ordu yüksək hazırlıq vəziyyətinə gətirildi

Britaniyada yanacaq böhranı: Ordu yüksək hazırlıq vəziyyətinə gətirildi


29-09-2021, 10:22. Разместил: azadses
Böyük Britaniya hökuməti yanacaq böhranı ilə mübarizə tədbirləri çərçivəsində ordunu yüksək hazırlıq vəziyyətinə gətirib.

Bu barədə ölkənin Biznes, Energetika və Sənaye Nazirliyindən bildirilib.

“Britaniyada yanacaq daşıyan hərbi tankerin sürücüləri yanacağı ən çox ehtiyac duyulduğu yerə çatdırılması üçün hazır vəziyyətə gətiriləcəklər. Eyni zamanda yüksək səviyyədə yanacaq tədarükünü təmin edəcəklər”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Ölkənin müdafiə naziri Ben Uolles ordunun xüsusi təlim keçəcəyini və “ən çox hiss edildiyi yerdə nəqliyyat yükünün səviyyəsini azaltmağa kömək edəcəyini” deyib.

Səlahiyyətlilər həmçinin yük maşını sürücülərinin lisenziyalarını yeniləmək üçün yenidən imtahan verməkdən azad ediblər, çünki prosedur üç gün çəkir.

Britaniya yük maşını və yanacaq tankerləri sürücülərinin çatışmazlığı səbəbindən son bir neçə ay ərzində ərzaq təchizatı zəncirində fasilələrlə üzləşib. Bu da bəzi yanacaqdoldurma məntəqələrinin bağlanmasına səbəb olub. Səlahiyyətlilərin yanacaq tədarükündə heç bir problem olmadığını bildirsələr də, ölkə sakinləri təşviş içində benzin almağa başlayıblar.

Mənbə: “RİA Novosti”


Вернуться назад