Главная > İqtisadiyyat > Uşaq yeməkləri ƏDV-dən azad edilir
Uşaq yeməkləri ƏDV-dən azad edilir22-04-2020, 13:07. Разместил: azadses |
Sahibkarlara idxal sahəsində vergi güzəştləri tətbiq ediləcək. Bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində məlumat verilib. Bildirilir ki, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi ilə bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur. Вернуться назад |