Главная > İqtisadiyyat > Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu
Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu16-06-2021, 12:22. Разместил: azadses |
Çinin Şençjen limanında Yantyan terminalının qismən bağlanması bütün dünya konteyner ticarətini təhlükəyə atıb. Bunun nəticələri mart ayında “Ever Given” gəmisi tərəfindən Süveyş Kanalının bağlanmasından sonra meydana gələnlərdən daha ciddi olacaq. “Kommersant”ın məlumatına görə, bu barədə mütəxəssislər bildiriblər. Bağlanmanın səbəbi limanın yerləşdiyi Guandun əyalətində koronavirusun yayılması olub. Çətinliklər yalnız Yantyanda deyil, eyni zamanda onun yaxınlığında yerləşən dünyanın üçüncü böyük limanı Şekou terminalında (Şençjen), həmçinin dünyanın beşinci böyük limanı Nanşa terminalında (Guançjou) yaranıb. Şenjen limanının xaricində və limanın özündə çox miqdarda yükün yığıldığı bildirilir. Onların bəziləri Nanşu, Şekou və Honkonqa yönəldilib, lakin artıq bu da kifayət etmir. Mütəxəssislərin fikrincə, vəziyyət yayın sonuna və ya payızın əvvəlinə qədər sabitləşəcək, lakin gecikmələr daha iki-üç rüb hiss olunacaq. Вернуться назад |