Главная > İqtisadiyyat > “Bank BTB”nin İdarə Heyətində yeni təyinat

“Bank BTB”nin İdarə Heyətində yeni təyinat


10-06-2021, 18:21. Разместил: azadses
“Bank BTB” İdarə Heyətinə yeni təyinatla uğurlu inkişaf strategiyasını davam etdirir.

Belə ki, Kamran Vaqif oğlu Quliyev bankın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2007-ci ildə bank sektorunda fəaliyyətə başlayan Kamran Quliyev 14 illik iş təcrübəsində müxtəlif vəzifələrində çalışıb, “Bank BTB”nin “Sənaye” filialının müdir müavini vəzifəsindən “Bank BTB”nin Baş direktoru vəzifəsinə qədər yüksəlib.

Beləliklə, yeni təyinatla “Bank BTB”nin İdarə Heyətinin tərkibi 5 nəfərə çatıb.

Məlumat üçün bildirək ki, “Bank BTB” 2010-cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Bankın məhsul və xidmətləri haqqında məlumat almaq istəyən şəxslər (012) 946 nömrəli Məlumat Mərkəzinə, www.btb.az rəsmi saytına və ya bankın “Facebook” www.facebook.com/bankbtb və “Instagram” www.instagram.com/bankbtb/ səhifələrinə müraciət edərək məlumat ala bilərlər.


Вернуться назад