Главная > İqtisadiyyat / Manset > Ruhani kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına çağırır
Ruhani kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına çağırır9-06-2021, 08:21. Разместил: azadses |
İran Prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına və bu sahəyə investisiya qoyan vətəndaşların kapitalının qorunması üçün lazımi addımların atılmasına çağırıb. İRNA-nın xəbərinə görə, Ruhani bu sahədə dinamik bir strategiya hazırlanmalı olduğunu və kriptovalyutaların ölkənin makroiqtisadiyyatındakı rolu ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsini vurğulayıb: “Kriptovalyuta fəaliyyətini leqallaşdırmaq və bu sahədə xalqın kapitalını qorumaq üçün əlaqədar nazirliklər tərəfindən mümkün qədər tez həll yolu tapılmalı, lazımi qanunlar və təlimatlar hazırlanmalı və təbliğ edilməlidir”. Вернуться назад |