Главная > İqtisadiyyat / Manset > Neftin qiyməti iki illik maksimumu yeniləyib

Neftin qiyməti iki illik maksimumu yeniləyib


5-06-2021, 08:00. Разместил: azadses
Londondakı ICE birjasında 2021-ci ilin avqustunda tədarük olunacaq “Brent” markalı neftin bir barreli üzrə fyuçerslərin qiyməti iki illik maksimum səviyyəsini yeniləyib.

Oxu.Az xəbər verir ki, sözügedən nəticə Bakı vaxtilə saat 17:22-də qeydə alınıb. Ticarət sessiyası ərzində əmtəənin dəyəri 1.8% artaraq 72.15 dollar/barrelə çatıb.

Qeyd edək ki, sonuncu dəfə “Brent” nefti 2019-cu ilin may ayında 72 dollar həddini keçə bilib.


Вернуться назад