Главная > İqtisadiyyat / Manset > “Dövlət rüsumu haqqında” qanuna hansı dəyişiklik təklif olunur?
“Dövlət rüsumu haqqında” qanuna hansı dəyişiklik təklif olunur?1-06-2021, 14:42. Разместил: azadses |
Azərbaycanda notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun ödənilmədiyi hallara dair siyahıya dəyişiklik təklif olunur. Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir. Qanunun 11.1.3-cü maddəsinə əsasən, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, qaçqınlar və məcburi köçkünlər həmin rüsumdan azad edilir. Layihəyə əsasən, “birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” ifadəsi çıxarılır. Təklif olunur ki, həmin ifadə “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənsin. Layihə parlamentin Gənclər və idman komitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Aqşin Kərimov Вернуться назад |