Главная > İqtisadiyyat / Manset > Rusiyada yumurta çatışmazlığı barədə xəbərdarlıq

Rusiyada yumurta çatışmazlığı barədə xəbərdarlıq


29-05-2021, 08:07. Разместил: azadses
Rusiyada istehsalçılar toyuq yumurtasının çatışmazlığı riski barədə xəbərdarlıq edirlər.

“Vedomosti” qəzeti bazar nümayəndələrinə istinadən xəbər verir ki, bunun səbəbi məhsullarının alış qiymətlərinin sürətlə enməsi ilə əlaqədardır.

Rusiyanın Sənaye və Ticarət Nazirliyində yumurtanın alış qiymətləri məsələsi müzakirə edilib. Onların fikrincə, alış qiyməti hazırda istehsalın maya dəyərindən aşağıdır.

İstehsal xərclərinin artmasına səbəb taxıl, yem qatqıları, qablaşdırma və digər komponentlərin bahalaşmasıdır. Belə şəraitdə istehsalçılar gələcəkdə yumurta çatışmazlığı ilə üzləşə bilərlər.


Вернуться назад