Главная > İqtisadiyyat > “Fitch” SOCAR-ın proqnozunu yaxşılaşdırıb
“Fitch” SOCAR-ın proqnozunu yaxşılaşdırıb20-05-2021, 15:25. Разместил: azadses |
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün proqnozu yaxşılaşdırıb. Oxu.Az-ın agentlikdən əldə etdiyi məlumata əsasən, uzunmüddətli emitentin defolt reytinqi üzrə proqnozu “mənfi”dən “sabit”ə doğru dəyişib. Agentlik SOCAR-ın reytinqini isə “BB+” səviyyəsində saxlayıb. Bərpa reytinqi isə “RR4” səviyyəsində müəyyən edilib. Bildirilib ki, SOCAR tam olaraq dövlətin mülkiyyətindədir və dövlətlə əlaqəli müəssisələrin reytinq meyarlarına əsasən şirkətin reytinqi Azərbaycan (“BB+” / Sabit) ilə bərabərləşdirilib. Qeyd edək ki, SOCAR-ın müstəqil kredit profili isə “b+” səviyyəsində saxlanılıb. Nigar Məmmədova Вернуться назад |