Главная > İqtisadiyyat > Beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan daşınan tranzit yüklərin həcmi artıb
Beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan daşınan tranzit yüklərin həcmi artıb20-05-2021, 13:39. Разместил: azadses |
2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 milyon 176,2 min ton olub. Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz azalıb. Yüklərin 5 milyon 636 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı (illik müqayisədə 30 faiz az), 3 milyon 349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı (illik müqayisədə 4,1 faiz az), 1 milyon 190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə (illik müqayisədə 5,3 faiz az) daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2 milyon 393,9 min tonunu tranzit yüklər (illik müqayisədə 8,7 faiz çox) təşkil edib. Nigar Məmmədova Вернуться назад |