Главная > İqtisadiyyat / Manset > Azərbaycanda mobil operatorların gəlirləri artıb

Azərbaycanda mobil operatorların gəlirləri artıb


20-05-2021, 12:00. Разместил: azadses
2021-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 716,2 milyon manatlıq xidmət göstərilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri real ifadədə 3,8 faiz artıb.

Bildirilib ki, bu xidmətlərin 75,2 faizi əhali tərəfindən (illik müqayisədə 3,4 faiz-bənd çox) istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42 faizi və ya 300,9 milyon manatı (illik müqayisədə 4,1 faiz çox) mobil telefon rabitəsi sahəsində formalaşıb.

Nigar Məmmədova


Вернуться назад