Главная > İqtisadiyyat / Manset > “Zumerlər” üçün zənginləşmək imkanları daha da çətinləşib
“Zumerlər” üçün zənginləşmək imkanları daha da çətinləşib15-04-2021, 08:00. Разместил: azadses |
“Business Insider” portalının məlumatına görə, “Credit Suisse” şirkətinin analitikləri belə qənaətə gəliblər. Ekspertlər bu insanların qazanclarının əvvəlki nəsillərə nisbətən 1/3 az olacağını hesablayıblar. Bildirilir ki, ümumilikdə onlar yalnız iki faiz nisbətində ortalama illik gəlirə arxalana bilərlər. “Zumerlər”in maddi rifahı üçün başqa bir əngəl də koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən işsizlik problemidir. Pandemiya onlar üçün 2008-ci ilin qlobal böhranı zamanı “milleniallar” (“Y-nəsli” - 1981-1996-cı il təvəllüdlü insanlar) üçün olduğu qədər dağıdıcı ola bilər. “Zumerlər”in əhəmiyyətli hissəsi yetkinlik yaşına böhran dövründə qədəm qoyur, buna görə də ən gənc və təcrübəsiz kimi məhz onlar risk altındadırlar. Analitiklər bunun uzunmüddətli nəticələri ola biləcəyini xəbərdar ediblər. Stanford Universitetinin son araşdırmasına görə, böhran dövründə işə gedən məzunlar maaşlarını artırmaqda çətinlik çəkirlər. “Milleniallar” üçün 2008-2009-cu illərdəki maliyyə böhranı kimi COVID-19 da “Z-nəsli”nin karyerasına və qazanma potensialına meydan oxuyacaq və əngəlləyəcək”, - deyə ekspertlər sözlərini yekunlaşdırıblar. Вернуться назад |