Главная > İqtisadiyyat > Bu ay ərzində Bakı-Tbilisi-Ceyhan ilə nəql edilən neft həcmi açıqlandı
Bu ay ərzində Bakı-Tbilisi-Ceyhan ilə nəql edilən neft həcmi açıqlandı27-02-2021, 16:30. Разместил: azadses |
Oxu.Az-ın “BOTAS International Limited”in rəsmi internet səhifəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin əvvəlindən fevral ayının sonuna qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 44 tankerə yüklənərək dünya bazarına yola salınıb. Təkcə fevral ayı ərzində isə BTC ilə 13,6 milyon barelə yaxın neft 19 tankerə yüklənərək dünya neft bazarlarına yola salınıb. BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 603,2 milyon barelə yaxın neft nəql edilib. Bu neftin daşınmasında 4 703 tankerdən istifadə edilib. Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib. Вернуться назад |