Главная > İqtisadiyyat > Azərbaycanda yumurta istehsalı azalıb

Azərbaycanda yumurta istehsalı azalıb


18-02-2021, 10:22. Разместил: azadses
Bu ilin yanvar ayında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 mln. ədəd yumurta istehsal edilib.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,5% artıb, yumurta istehsalı isə 4,6% azalıb.

2021-ci il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 13,7 min baş iribuynuzlu mal-qara, 22,1 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 3,5 min baş iribuynuzlu mal-qara, 11,6 min baş qoyun və keçi satıblar.


Вернуться назад