Главная > İqtisadiyyat > "Edvgerial.az"dan vətəndaşlara qaytarılan pullarla bağlı AÇIQLAMA
"Edvgerial.az"dan vətəndaşlara qaytarılan pullarla bağlı AÇIQLAMA12-02-2021, 16:03. Разместил: azadses |
Bu il üçün Dövlət Vergi Xidmətinin əsas prioriteti daxili bazarın dəstəklənməsi və stimullaşdırılmasıdır. ''Azad Səs'' xəbər verir ki, bunu Dövlət Vergi Xidməti rəhbərinin vəzifələrini icra edən Orxan Nəzərli "Post-pandemiya dövründə vergi sistemi" adlı konfransda deyib. O bildirib ki, kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsi planlaşdırılır: "2022-ci ilin sonunadək Azərbaycanda bütün kassa aparatları yeni nəsil aparatlarla əvəz olunacaq. Hazırda ticarət və ictimai iaşə müəssisələrində 23 mindən çox yeni nəsil elektron kassa aparatları quraşdırılıb". O.Nəzərli əlavə edib ki, "ƏDVgerial" layihəsi nağdsız ödənişlərə marağın artmasına səbəb olub. Ötən il layihə çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb: "Hazırda edvgerial.az portalında 900 mindən çox istifadəçi qeydiyyata alınıb". (Trend) Вернуться назад |