Главная > İqtisadiyyat > Neftdən pis xəbər
Neftdən pis xəbər27-02-2020, 11:52. Разместил: azadses |
Milli sərvətimiz yenə öz dəyərini itirib Dünya birjalarında neftin qiyməti ucuzlaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,72 dollar geriləyərək 52,71 dollara satılır. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,73 dollar ucuzlaşaraq 48,02 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,19 dollar ucuzlaşaraq 56,40 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub. Вернуться назад |