Главная > İqtisadiyyat > Azərbaycan və İtaliyaya 2 milyardlıq gəlir
Azərbaycan və İtaliyaya 2 milyardlıq gəlir21-02-2020, 12:09. Разместил: azadses |
Əlavə dövriyyə “Şahdəniz” qaz yatağı ilə bağlantısı vasitəsilə mümkün olacaq "Trans-Adriatik, Trans-Anadolu və Cənubi Qafqaz boru kəmərləri ilə artıq gerçəkləşən ən böyük imkanlar həqiqətən münasibətlərimizə təkan verəcək. Bu, “Şahdəniz” qaz yatağı ilə bağlantı sayəsində mümkün olacaq. Bu, bizə 2 milyard avro dəyərində, - bu rəqəm qeyd edilməmişdir, - əlavə ticarət dövriyyəsini gətirəcək". Bunu ötən gün İtaliyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı ölkənin ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar zamanı Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio di Stefano deyib. Onun sözlərinə görə, ru rəqəm və layihələr hökumətlər tərəfindən edilmiş spesifik, dəqiq siyasi seçimlərdir. "Buna görə də düşünürəm ki, bizi bir-birimizə bağlayan dostluq münasibətlərində bu seçimlər qarşılıqlılıq prinsipi ilə bağlı gözləntiləri daha da yüksəldir". Вернуться назад |