Главная > İqtisadiyyat > Azərbaycanda devalvasiya olacaq? - NEFT UCUZLAŞSA, DOLLAR...
Azərbaycanda devalvasiya olacaq? - NEFT UCUZLAŞSA, DOLLAR...5-01-2021, 09:15. Разместил: azadses |
"2020-ci il dünya iqtisadiyyatı üçün yaxşı bir il olmadı. Həm dövlətlər, həm şirkətlər mümkün iflasdan özlərini qorumağa, ziyanları aşağı salmağa çalışdılar. Təbii ki, kimsə iqtisadi uğurdan danışmır. Sadəcə ziyanıın az olması şans, uğur adlandırılır". ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, 2020-ci il üçün 3 faizə yaxın artım gözlənilirdi: "İl boyu baş verən proseslər nəticəsində aydın oldu ki, 4 faiz geriləmə mövcuddur. Bildiyimiz kimi, qlobal dəyər zəncirində olan problemlər real sektora ciddi və ziyanlı təsir göstərib. Lakin bu iqtisadi çətinliklə yanaşı bir sıra xəzinə artımı da müşahidə olundu. Azərbaycan iqtisadiyyatına ən böyük təsir isə neft qiymətləri ilə bağlı oldu. Düşünürəm ki, dövlət 2021-ci ili keçid və pandemiyanın sağalması ili hesab edir. Əgər neft qiymətlərində kəskin azalmalar olmasa, qonşu dövlətlərin valyutası dəyərdən düşməsə, dövlətin indiki büdcəsi və Mərkəzi Bankın indiki planı ilə hər hansı devalvasiyanın olması gözlənilmir. Neftdən asılılığı azaltmaq üçün manatın dollara sərt bağlılığını aradan qaldırmalıyıq". Вернуться назад |