Главная > İqtisadiyyat > Dolları olanlar, bu xəbərə DİQQƏT! - GƏLƏN İL UCUZLAŞACAQ VƏ...

Dolları olanlar, bu xəbərə DİQQƏT! - GƏLƏN İL UCUZLAŞACAQ VƏ...


30-12-2020, 14:33. Разместил: azadses
“ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqlənməsindən sonra ən çox müzakirə edilən iqtisadi məsələlərdən biri də dolların ucuzlaşması ilə bağlıdır”.

Bu sözləri Redaktor.az-a millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, COVİD-19 ilə mübarizədə kifayət qədər bahalı paketin icrasına başlanılması okeanın o tayında valyuta bazarına emissiya ediləcəyindən xəbər verir:

“Dolların səbət valyutalara, o cümlədən avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir. Amma yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq, dolların aparıcı valyutalara nisbətən kəskin dəyər itirəcəyi gözlənilmir. İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil. Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq, qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır”.

Millət vəkili Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəflədiyini qeyd edib:

“Region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımından sərfəli hesab olunmur. O baxımdan, bütövlükdə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur”.

Вернуться назад