Главная > İqtisadiyyat > Gələn ilin büdcəsi kifayət edəcəkmi? - XƏRCLƏR ÇOXALIB...

Gələn ilin büdcəsi kifayət edəcəkmi? - XƏRCLƏR ÇOXALIB...


22-12-2020, 13:07. Разместил: azadses
"İşğaldan azad olunan ərazilərdə bərpa işləri mərhələli şəkildə həyata keçiriləcək. Yəni, öncə büdcədən minaların təmizlənməsində, yol infrastrukturunun bərpasında, daha sonra isə enerji, kommunal, inzibati infrastrukturun qurulmasında, yaşayış yerlərinin layihələndirilməsində istifadə ediləcək. Büdcədən ayrılan 2.2 milyard manat bu layihələrin hazırlanmasına və tətbiqinə sərf ediləcək".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, büdcə xərcləri və gəlir proqnozları da ötən ilə nisbətən çoxaldılıb:
"Burada dəyişməyən tək məqam var ki, büdcədən 12.2 milyard manat birbaşa transferlər nəticəsində neft fonduna götürüləcək. 2021-ci il büdcə hesabatı neft sektorundan asılıdır. Bu il ərzində sosial xərclərin artırılması da planlaşdırılır. Büdcədə dövlətin imkanları çərçivəsində ciddi risk gözlənilmir. Mövcud beynəlxalq vəziyyət daha da pisləşməsə, bu büdcə icra olunandır. Dövlət büdcəsinin xərclənməsi zamanı şəfaflığı maksimum təmin etmək lazımdır ki, resurslar effektiv xərclənsin".

Вернуться назад