Главная > İqtisadiyyat > Azərbaycan bu məhsulları gömrük rüsumundan azad etdi

Azərbaycan bu məhsulları gömrük rüsumundan azad etdi


5-02-2020, 09:35. Разместил: azadses
Qərar 7 il müddətində qüvvədə olacaq
Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib. Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 
Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.
Dəyişiklik Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobillərin gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. 
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədə olacaq.




Вернуться назад