BFB: Səhm və istiqrazların qiymətlərinin qısamüddətli dinamikasını onlayn izləmək mümkün olacaq
- Bu gün, 14:00
- İqtisadiyyat
"Bakı Fond Birjası" QSC (BFB) səhm və istiqrazların qiymətlərinin qısamüddətli (5-10 dəqiqəlik intervalla) dinamikasını onlayn izlənilməsinə imkan verəcək sistem üzərində işləyir.
"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq komandasının böyük məsləhətçisi Fərhad Mansurov bildirib.
"Hazırda bununla bağlı görüşlər keçirilir, BFB-yə dəstək olacaq şirkətlə danışıqlar aparılır. Həmin qrafikin məna kəsb etməsi üçün bazarda müəyyən miqdarda daim ticarət olunan qiymətli kağızlar olmalıdır. Başqa sözlə desək, bazarda hərəkətlilik olmalıdır. İndi də bu hərəkətlilik var, ancaq biz istəyirik ki, onu müəyyən bir limitə çatdıraq. Çünki biz bir qiymətli kağızı sistemə qoysaq bu bazarı səhv yönləndirə bilər. Hazırda BFB-nin bazara baxış bölməsində qiymətlər gündəlük yerləşdirilir", - deyə o qeyd edib.