azadses.az » İqtisadiyyat » ASCO Qara və Aralıq dənizlərində üzən gəmilərinin sayını artırmaq istəyir

ASCO Qara və Aralıq dənizlərində üzən gəmilərinin sayını artırmaq istəyir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Aralıq dənizlərində üzən gəmilərinin sayını artırmaq istəyir.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədrinin müavini Zaur Nağıyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Mərkəzi Asiya və Qafqaz regionunda logistik funksiyalarının gücləndirilməsi məqsədilə məlumat toplanması üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin təyin etdiyi “Yachiyo Engineering Co, Ltd” beynəlxalq məsləhətçi şirkətinin əməkdaşları ilə görüşdə bildirib.

Məsləhətçi şirkətin nümayəndələrinə Gəmiçiliyin tarixi, fəaliyyəti, eləcə də donanmaların yenilənməsi istiqamətində görülən işlər barədə video-təqdimat göstərilib.

Z.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyev ASCO-nun Xəzər dənizində və Xəzərdənkənar sularda fəaliyyətinin genişləndirilməsi və donanmaların yenilənməsi istiqamətində mühüm tapşırıqlar verib. Bu baxımdan istər Orta Dəhlizin inkişafı ilə bağlı, istərsə də Qara və Aralıq dənizlərində gəmilərin sayının artırılması üçün ASCO davamlı tədbirlər həyata keçirir.

Sədr müavini əlavə edib ki, ASCO-nun Müşahidə Şurasının konseptual olaraq qəbul etdiyi Strategiya çərçivəsində donanmanın yenilənməsinə dair İnvestisiya Planı təsdiq edilib. Bu Plana əsasən Orta Dəhliz də nəzərə alınaraq həm quru yük gəmiləri, həm də RoPax tipli gəmi-bərələrin alınması və istismara verilməsi prosesi davam etdiriləcək.

“Yachiyo Engineering Co, Ltd” şirkətinin nümayəndəsi Horii Toshiaki Orta Dəhlizin əhəmiyyətinə toxunaraq marşrutun effektivliyinin artırılması məqsədilə Azərbaycan, o cümlədən ASCO tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Görüş Mərkəzi Asiya və Qafqaz regionunda Orta Dəhlizin logistik funksiyalarının gücləndirilməsinə dair imkanlar, o cümlədən problemlər və yeni çağırışlar ətrafında fikir mübadiləsi ilə davam edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  2. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  3. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  4. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  5. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  6. Argentinada 6 maqnitudalı zəlzələ olub
  7. Şanlıurfada yol qəzası olub, ölənlər var
  8. Lerik rayonunda zəlzələ baş verib
  9. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  10. Salyanda yay şumu qaldırılır
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"