azadses.az » İqtisadiyyat » Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?

Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?

İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri həmin ərazidə fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinə ciddi təsir edib. Turistlərin sayı kəskin azalıb, gəlir səviyyəsi aşağı düşüb. Ekspertlər sahibkarlara səbirli olmağı məsləhət görürlər.

Bir müddətdir ki, İsmayıllı-Şəki yolunda əsaslı təmir-bərpa işləri aparılır. Bu yolla hərəkət etmək xeyli çətinləşib. Bu səbəbdən məlum istiqamət üzrə turistlərin axınında azalmalar müşahidə olunur. Qeyd edək ki, təmir işləri aparılan yol boyunca çoxsaylı istirahət mərkəzləri, təndirxanalar, restoranlar, kafelər mövcuddur. Nəticədə, hər il yay aylarında müştərilərlə dolu olan bu restoranlar, istirahət mərkəzləri indi boş qalıb. Üstəlik, bir neçə gün əvvəl yaşanan sel fəlakəti turizm obyektlərinin vəziyyətini daha da çətinləşdirib. Belə vəziyyətdə tək qazanc yeri turistlər olan obyekt sahibləri nə etməlidirlər?

“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.
Turistlərə əvvəlcədən məlumat verilməlidir

Turizm eksperti Ramin Zamanov deyib ki, bu məsələdə tək çarə yolların inşasının yekunlaşmasını gözləməkdir:

“Turistlərin səfəri üçün alternativ yollar təklif oluna bilər. Yolsuzluq şəraitinə uyğun nəqliyyat vasitələrindən istifadə də mümkündür ki, səyahətlərini əvvəlcədən planlamış turistləri ünvana çatdıra bilsinlər. Məsələn, safari tipli nəqliyyat vasitələri seçilə, yaxud piyada keçidlər qoyula bilər. Yollarda təmir işləri aparılırsa, turistlərə əvvəlcədən bu barədə məlumat verilməlidir”.

Həmin zonalarda aktivlik yaranacaq

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov isə bildirib ki, bu rayonlara hazırda insanlar az üz tutsa da, təmirdən sonra səyahətlərin sayı artacaq:

“İsmayıllı-Şəki yolunda hazırda təmir-bərpa işləri gedir. İstənilən infrastruktur işləri - yolların bərpa olunması, kommunikasiya xətlərinin çəkilməsi iqtisadi canlanma yaradır. Yolun təmiri müsbət haldır. Gələcəkdə həmin yerlərin turizm bölgəsi olaraq inkişafına xidmət edəcək. Çünki yol daha rahat, ərazilər daha əlçatan olarsa, həmin yerlərə gedən turistlərin intensivliyi də artar. Bu zonalarda aktivlik yaranacaq, daha çox istirahət mərkəzləri, otellər fəaliyyət göstərə biləcək. Çünki turistlər, əsasən daha əlçatan yerlərə səyahət etməyi üstün tuturlar”.

Belə vəziyyətdə obyektlərin işləməyi çox çətindir
C.Aşurovun fikrincə, yol təmiri sahibkarları düşünərək indiki vaxta salınmamalı idi:

“Yol tikintisi müvəqqəti xarakter daşıyır. Amma yaxşı olardı ki, təmir-tikinti işləri mövsüm vaxtı aparılmasın. Qeyri-mövsümi zamanda olsaydı, sahibkarlara dəyən ziyan daha az olardı. Bu, əslində razılaşdırılmalı idi. Adətən, belə təmir-tikinti işləri sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınaraq mövsüm olmayan vaxtlarda həyata keçirilir. İnsanların istirahətə getdiyi dövrdə qazıntı işlərinin aparılması fonunda obyektlərin işləməsi çox çətindir. Ancaq mövcud şəraitdə atıla biləcək başqa addım yoxdur”.

“Heç kim biznesin riskləri olduğunu fikirləşmir”

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, sahibkarlıq fəaliyyətində belə hallar çox baş verir:

“Həmişə soruşulur ki, niyə mövsüm vaxtı qiymətlər daha baha olur. Amma heç kim biznesin riskləri olduğunu fikirləşmir. Sahibkar obyektdən üç ay pul qazanır, amma doqquz ay müştərisi olmur. Sahibkar hər bir halda obyektin xərclərini ödəməlidir. Qiymətlərin baha olduğunu deyəndə onların problemlərini düşünmürük. Bu məsələ sahibkarın öz problemidir. Yol çəkilir, yaxud sel gəlib deyə, onlara büdcədən yardım edilməsindən söz gedə bilməz. Çünki bu, büdcə təyinatına uyğun deyil. Güzəştli kreditlər verilməsini də deyə bilmərik. İnsanlara satışı kompensasiya etmək üçün kredit vermək ədalətli çıxış yolu deyil”.

X.Kərimli qeyd edib ki, sahibkarların tək yolu insanları həvəsləndirməkdir:

“Bu obyektlərin dövriyyəsi tam olaraq aşağı düşməyəcək. Çünki, vətəndaşlar yenə də alternativ yollardan istifadə edərək, bir az artıq məsafə qət edərək həmin ərazilərə gedə biləcəklər. Amma, yol çəkilən hissədəki sahibkarlar satış dəyərinin itirilməsindən əziyyət çəkəcəklər. Qiymətləri maksimum ucuzlaşdırmalıdırlar ki, vətəndaşlar həvəsləndirmə yolu ilə gəlsinlər. İnsanlar fikirləşsinlər ki, “pis yolla gedəcəyəm, amma daha ucuz şəkildə istirahət edəcəyəm”. Təbii ki, bu müddətdə sahibkarlar pul qazanmayacaq, hətta ziyana da gedə bilərlər”.

“Ziyanı öz hesablarına qarşılamalıdırlar”

İqtisadçı düşünür ki, sahibkarlar səbirli olmalı və ziyanı öz hesablarına qarşılamalıdırlar: “Sahibkar həmişə pul qazanacaq” deyə bir qayda yoxdur. Nəzərə alaq ki, yol da çəkilməlidir. Çünki çəkilən yoldan həmin sahibkarlar da faydalanacaq. İnsanlar yeni yoldan istifadə edəcək və həmin sahibkarlara da xeyir verəcək. Bu halda insanların daha çox gəlməsi nəticəsində sahibkar əksinə, qiyməti daha da qaldıracaq. Bu, təbii biznes prosesidir. Onlar belə nüansları öz hesablamalarında nəzərə almalıdırlar. Sahibkarlar mövcud vəziyyətdə bu ziyanı öz ehtiyatları hesabına kompensasiya etməlidir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?